Şəhid jurnalist son mənzilə yola salındı - VİDEO+FOTOLAR (YENİLƏNİB)

 Şəhid jurnalist son mənzilə yola salındı -  VİDEO+FOTOLAR (YENİLƏNİB)
  05 İyun 2021    Oxunub:3656
Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovla vida mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, Məhərrəm İbrahimovun yaşadığı evdə, Bakının M.Ə.Rəsulzadə qəsəbəsində keçirilən vida mərasimində mərhumun yaxınları, dövlət rəsmiləri, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.



Daha sonra şəhid jurnalistin cənazəsi Abşeron rayonu, Müşviqabad qəsəbəsindəki qəbiristanlıqda valideynlərinin məzarı yanında dəfn olunub.

Qeyd edək ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi dünən səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.



Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.































Anar Kəlbiyev
Azvision.az


Teqlər: Dəfn  





Xəbər lenti