“Minalar müharibədən sonra qəsdən yerləşdirilib” - Malayziya nəşri

“Minalar müharibədən sonra qəsdən yerləşdirilib” -   Malayziya nəşri
  05 İyun 2021    Oxunub:847
Malayziyanın məşhur "The New Straits Times Press" (Nst.com.my) nəşri dünya mətbuatının diqqət mərkəzində olan Kəlbəcər faciəsi haqqında məqalə dərc edib.
Azvision.az xəbər verir ki, iki jurnalistin ölümü ilə nəticələnən mina partlaması barədə yazıda Azərbaycan Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı bəyanata istinad edilib.

"Çəkiliş qrupunun üzvlərini daşıyan nəqliyyat vasitəsi Kəlbəcər rayonunun Susuzluq kəndindəki yolda tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində qrupun iki üzvü, AzTV-nin operatoru Sirac Abışov və "AzərTAc" agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olublar, dörd nəfər isə yaralanıb".

Məqalədə qeyd edilib ki, rəsmi Bakı beynəlxalq səviyyədə 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq humanitar hüququ kobud şəkildə pozan Ermənistan tərəfindən Azərbaycan ərazilərində qəsdən və genişmiqyaslı minalar qoyulması məsələsini daima gündəmə gətirir. Kəlbəcərdə baş verən hadisə bir daha göstərir ki, bu ərazidəki minalar müharibə sonrası məcburi şəkildə geri çəkilən Ermənistan tərəfindən qəsdən yerləşdirilib. Məqsəd Azərbaycana mümkün qədər çox ziyan vurmaq və dinc əhalinin evlərinə qayıtması üçün əlavə maneələr yaratmaqdır.

Qeyd edək ki, Malayziyanın "The New Straits Times Press" qəzeti 1845-ci ildə yaradılıb, ölkənin ən qədim və ən nüfuzlu nəşri sayılır.

Tural Tağıyev
Azvision.az


Teqlər: Mina   Malayziya   Kəlbəcər  





Xəbər lenti