“Ermənilər mina xəritələrini dərhal verməlidir” - Fransalı senator
Azvision.az -ın məlumatına görə, fransalı senator Tvitter hesabındakı paylaşımda ötən həftə Bakıda və Ağdamda olduğunu, minalanmış əraziləri öz gözləri ilə gördüyünü bildirib.
O, Kəlbəcərdə mina partlayışı nəticəsində həyatını itirmiş iki jurnalistin – Sirac Abışovun və Məhərrəm İbrahimovun ailələrinə başsağlığı verib.
“Ermənilər minalanmış ərazilərin xəritələrini dərhal Azərbaycana verməlidirlər. Beynəlxalq birlik və xüsusilə Fransa Ermənistanın xeyrinə apardıqları siyasəti dayandırmalıdır. Beynəlxalq birlik ərazilərin minalardan təmizlənməsində Azərbaycana yardım etməli, ədalətli və balanslaşdırılmış yanaşma ilə sülh prosesinə dəstək verməlidir. Avropalı həmkarlarımı seçkilər xatirinə erməni lobbisini dəstəkləmək əvəzinə, Azərbaycana səfər etməyə çağırıram”, - deyə fransalı senator vurğulayıb.
Azvision.az