Şəhid Yüksəl Əlizadənin doğum günüdür - FOTO

Şəhid Yüksəl Əlizadənin doğum günüdür -    FOTO
  05 İyun 2021    Oxunub:2481
Bu gün İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Gəncə şəhər prokurorluğunun sabiq əməkdaşı Yüksəl Əlizadənin ad günüdür.
Azvision.az xəbər verir ki, prokurorluq əməkdaşları şəhidin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Mərasim iştirakçıları 25 yaşı tamam olan Yüksəl Əlizadənin keçdiyi qısa və mənalı həyat yolundan söz açıb, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirib.



Qeyd edək ki, Yüksəl Əlizadə 1996-cı ilin iyunun 5-də sabiq prokurorluq əməkdaşı, mərhum İlqar Əliyevin ailəsində dünyaya göz açıb. O, 2017-ci ildən Gəncə şəhər prokurorluğunda böyük mütəxəssis vəzifəsində işləyib.

2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı könüllü şəkildə Səfərbərlik Xidmətinə müraciət edərək orduya yazılan Yüksəl Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.



Azvision.az


Teqlər: Şəhid  





Xəbər lenti