Dövlət qulluğuna müsahibədə 26 nəfər uğur qazandı

  05 İyun 2021    Oxunub :360
Dövlət qulluğuna müsahibədə 26 nəfər uğur qazandı
Dövlət orqanlarında 46 vakant vəzifə üzrə bu il martın 15-də elan olunmuş ümumi müsahibə davam edir.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a bildirilib ki, müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Regional mərkəzlərlə iş şöbəsi, məsləhətçi (1 vakant yer üzrə 21 namizəd), Məhkəmə-Hüquq Şurası, Korrupsiyaya qarşı mübarizə və Məhkəmə monitorinqi sektoru, məsləhətçi (2 vakant yer üzrə 21 nəfər) vəzifələri olub. Bu günə olan məlumata görə, müsahibələrdə 26 nəfər uğur qazanıb.

Mayın 3-dən keçirilən müsahibələrdə iştirak üçün 236 nəfər müraciət edib. Müsahibələrin iyunun 11-dək keçirilməsi planlaşdırılır.

Azvision.az

Teqlər: DİM