Melkonyan erməni xalqını təhqir etdi

 Melkonyan erməni xalqını təhqir etdi
  05 İyun 2021    Oxunub:1244
Ermənistanın "VETO" ictimai-siyasi hərəkatının üzvü, təqaüddə olan polis polkovniki Robert Melkonyan öz xalqını təhqir edib.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

O, erməni millətini bu günlərdə bayram əhval-ruhiyyəsində olmasına görə aşağılayıb. Polkovnik hazırda ölkəsində sərhəd probleminin olmasını, müharibədən sonra on mini keçən ölü, yaralı, itkin və məhbusun varlığını xatırladıb, ardınca İrəvandakı çaxır festivalına toplanmış bir neçə min erməni haqqında sərt ifadələr işlədib:

"Ermənistana bu qədər çirkli, cılız, itirilmiş şəxsiyyət haradan gəldi?".

Xatırladaq ki, dünən İrəvanda ənənəvi şərab festivalı keçirilib. İnsanların bayram ab-havasında olduğu festivaldan çəkilən fotolar bəzi siyasətçilərin və ictimaiyyət nümayəndələrinin etirazına səbəb olub.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   Polkovnik   Təhqir  





Xəbər lenti