Senatordan nazirə: “Ermənilər əraziləri tamamilə minalayıb”

     Senatordan nazirə:    “Ermənilər əraziləri tamamilə minalayıb”
  05 İyun 2021    Oxunub:1277
Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi üçün Fransa hansı addımları atmaq fikrindədir? Azərbaycan 1992-ci ildən Ermənistanın qanunsuz olaraq işğal altında saxladığı ərazilərinə nəzarəti bərpa edib. Ancaq bununla daha çətin vəziyyətlə üzləşib.
Azvision.az xəbər verir ki, bu fikirlər fransalı senator Natali Qulenin ölkəsinin Avropa və xarici işlər nazirinə Qarabağdakı vəziyyətlə bağlı müraciətində qeyd olunub.

Müraciətdə deyilir ki, Avropa Şurası Parlament Assambleyasına dağıntılarla bağlı çoxsaylı müraciətlərdən savayı, minalardan təmizlənmə məsələsi də ortaya çıxır. Ermənistan beynəlalq hüquqa zidd olaraq, minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir.

Bundan əlavə, fransız senator diqqətə çatdırıb ki, işğal etdikləri Laçını, Ağdamı, Kəlbəcəri tərk etmək məcburiyyətində olduqlarını görən ermənilər bu əraziləri tamamilə minalayıblar.

Müraciətdə diqqətə çatdırılıb ki, Ermənistanın minalanmış ərazilərin xəritələrini verməməsi səbəbində 20 mülki şəxs və 85 hərbçi tank və piyada əleyhinə minaların qurbanları olub və ya ağır yaralanıblar.

N.Qule fransız nazirdən soruşub: “Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi üçün hansı addımları atmaq fikrindəsiniz?”.



Azvision.az


Teqlər: Fransa  





Xəbər lenti