Kəlbəcər istiqamətində atəşkəs pozulmayıb - Müdafiə Nazirliyi

   Kəlbəcər istiqamətində atəşkəs pozulmayıb -   Müdafiə Nazirliyi
  06 İyun 2021    Oxunub:1338
Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonu istiqamətindəki sərhəddə atışma baş verməsi barədə Ermənistan mətbuatının yaydığı xəbəri təkzib edib.
Azvision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

“Sərhəddə vəziyyət sakitdir. Atəşkəsin pozulması halı qeydə alınmayıb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbər bir daha bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş bir təxribatdır”, - deyə Vaqif Dərgahlı qeyd edib.

Azvision.az



Teqlər: MüdafiəNazirliyi  





Xəbər lenti