ABŞ-ın nüfuzlu qəzeti: Azərbaycanı dəstəkləyək

ABŞ-ın nüfuzlu qəzeti:    Azərbaycanı dəstəkləyək
  06 İyun 2021    Oxunub:821
Amerikanın “Post and Courier” qəzetində “Azərbaycanı dəstəkləyək!” sərlövhəli məqalə dərc olunub.
Azvision.az xəbər verir ki, məqalədə Azərbaycan Respublikasının 103-cü ildönümünü Amerika qanunvericilərinin Azərbaycan Milli Günü kimi qəbul etməsinə çağırış olunub.

Qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman ölkələri arasında ilk dünyəvi parlament respublikası olub. Xristianlar, yəhudilər və müsəlmanlar da daxil olmaqla bütün etnik və dini qrupların parlamentdə böyük bir təmsilçiliyi olub. 1991-ci ilin oktyabrında müstəqilliyini bərpa etdikdən sonra bu ölkə ABŞ da daxil olmaqla digər demokratik ölkələr tərəfindən tanınıb. Azərbaycanın bu gün ABŞ və müttəfiqlərinin yaxın tərəfdaşı olduğu, ABŞ-ın və NATO-nun Əfqanıstandakı missiyası boyu Əfqanıstana stabil bağlantı üçün əsaslı rol oynadığı və terrorçuluq əleyhinə geniş müharibədə ABŞ-la tərəfdaşlıq etdiyi bildirilib.

Məqalə ABŞ Azərbaycanlıları Şəbəkəsinin Amerika ictimaiyyətini məlumatlandırma kampaniyası çərçivəsində dərc edilib.

Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti