“Moskva-Minsk əməkdaşlığı NATO-nu ciddi narahat edir” - Baş katib

  06 İyun 2021    Oxunub :488
“Moskva-Minsk əməkdaşlığı NATO-nu ciddi narahat edir” -  Baş katib
NATO-nun baş katibi Yens Stoltenberq ittifaq ölkələrinin Rusiya ilə Belarus arasındakı sıx əməkdaşlıqdan ciddi şəkildə narahat olduqlarını bildirib.

Azvision.az xəbər verir ki, bu barədə baş katib "Welt am Sonntag" qəzetinə müsahibəsində deyib.
"Müttəfiqlər son aylarda Moskva ilə Minsk arasındakı sıx əməkdaşlıqdan ciddi şəkildə narahatdırlar".

Onun fikrincə, Belarus getdikcə Rusiyadan daha çox asılı vəziyyətə düşür: "NATO müdafiə ittifaqıdır. Mən çox spekulyasiya etmək istəmirəm, amma biz Belarusda baş verənləri ayıq və çox yaxından izləyirik. Əlbəttə ki, ittifaqın hər bir üzvünü qorumağa, Minsk və Moskvadan gələn hər cür təhdiddən müdafiə etməyə hazırıq".

Stoltenberq Belarusdakı hadisələrin NATO-nun Brüsseldə keçiriləcək sammitində müzakirə ediləcəyini qeyd edib. Bildirib ki, Belarus ilə dondurulmuş mövcud tərəfdaşlıq müqaviləsinə yenidən baxılacaq.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: NATO   Moskva   Minsk   Rusiya   Belarus