Əfqanıstanda növbəti partlayış: 11 nəfər öldü

Əfqanıstanda növbəti partlayış:  11 nəfər öldü
  06 İyun 2021    Oxunub:965
Əfqanıstanın qərbində yerləşən Bağdis vilayətində terror hücumu nəticəsində 11 mülki vətəndaş həlak olub.
Azvision.az xəbər verir ki, bu barədə vilayətin valisi Hüsaməddin Şəms bildirib.

Terrorçular Qəndab rayonunda avtomobil yoluna partlayıcı qurğu yerləşdiriblər. Hadisə nəticəsində yaralananlar arasında uşaq və qadınlar da var. Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Əfqanıstan hökuməti, xarici qüvvələrin geri çəkilməsindən sonra ölkədə şiddətin artdığını açıqlayıb. Ölkənin Milli Təhlükəsizlik Şurası may ayında Taliban tərəfindən 1455 dəfə hücum olduğunu bəyan edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Əfqanıstan   Partlayış  





Xəbər lenti