Komandir gənc zabiti döyüb - Erməni ordusunda insident

      Komandir gənc zabiti döyüb    - Erməni ordusunda insident
  06 İyun 2021    Oxunub:1317
Ermənistan ordusunun hərbi hissələrindən birində tabor komandiri gənc zabiti döyüb.

Azvision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb. Bildirilib ki, yeni xidmətə başlayan leytenant Armen Xaçatryan tabor komandirinin qanuna zidd hərəkətlərinə və təhqirlərinə etiraz etdiyi üçün döyülüb.
Komandanlıq döyülmə faktını ört-basdır etmək istəyir. Fiziki və mənəvi təhqirlərə məruz qalan leytenant A.Xaçatryan xidmət yerinin dəyişdirilməyəcəyi təqdirdə hərbi prokurorluğa şikayət edəcəyini qeyd edib.

Azvision.az


Teqlər: Ermənistan   Zabit  





Xəbər lenti