Zelenski jurnalistlərə kabab qonaqlığı verdi - FOTOLAR

  06 İyun 2021    Oxunub :451
Zelenski jurnalistlərə kabab qonaqlığı verdi -  FOTOLAR
Ukrayna prezidenti Vladimir Zelenski açıq havada media nümayəndələri ilə görüş keçirib.
Azvision.az xəbər verir ki, Zelenski jurnalistləri peşə bayramı münasibəti ilə təbrik edib və onları kabab qonaqlığına dəvət edib.

"Öz əllərimlə hazırladığım kabab, əla hava və həmişə olduğu kimi dostluq ab-havası. Tabular olmadan söhbət, kəskin suallar və dürüst cavablarım... Bu cür görüşlərin artıq ənənə halına gəlməsi çox xoşdur", - deyə Zelenski İnstaqram səhifəsində yazıb.

Qeyd edək ki, Ukrayna lideri bir il bundan əvvəl də oxşar görüş keçirmişdi. Prezident və media işçiləri birgə velosiped sürmüşdülər.



Şahanə Rəhimli
Azvision.az

Teqlər: Zelenski   Ukrayna