Nigeriyada dəhşətli cinayət: 88 nəfər qətlə yetirildi

Nigeriyada dəhşətli cinayət:  88 nəfər qətlə yetirildi
  06 İyun 2021    Oxunub:754
Nigeriyanın şimal-şərqində yerləşən Kebbi əyalətinə edilən hücumlar nəticəsində 88 nəfər həyatını itirib.
Azvision.az xəbər verir ki, əyalət polisindən verilən məlumata görə, 8 rayona silahlı hücum olub.

Bölgəyə dəstək məqsədilə əlavə qüvvələr göndərilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, aprel ayında silahlı qrupların Kebbiyə hücumu zamanı 9 polis əməkdaşı qətlə yetirilmişdi.

Azvision.az




Teqlər: Nigeriya  





Xəbər lenti