Ermənistanda vətəndaş müharibəsi təhlükəsi: Qarşıdurmalar gözlənilir

 Ermənistanda vətəndaş müharibəsi təhlükəsi:  Qarşıdurmalar gözlənilir
  06 İyun 2021    Oxunub:926
Ermənistan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzədir.

Azvision.az xəbər verir ki, bunu "Maariflənmiş Ermənistan" partiyasının rəhbəri Edmon Marukyan bu gün keçirdiyi mətbuat konfransında bəyan edib.
"Əgər keçmişdə hakimiyyətdə olanlarla indi hakimiyyətdə olanlar mübarizə aparmağa davam edərsə, toqquşmalardan qaça bilməyəcəyik. Və bu ciddi problemlərə yol açacaq",- Marukyan bildirib.

Onun sözlərinə görə, belə hallar əvvəllər Ermənistanda baş verib və bu dəfə də sıravi vətəndaşlar əziyyət çəkirlər. Siyasətçinin fikrincə, insanları açıq qarşıdurmaya yönəldən liderlərin başlarından bir tük də əskilməyəcək, əsas zərbə sadə vətəndaşlara dəyəcək.

Marukyan iddia edir ki, Ermənistanda toqquşmalar davam edərsə, Azərbaycan qoşunları daha da güclənəcək və irəliyə doğru addımlayacaq.

O, həmçinin əlavə edib ki, "Maariflənmiş Ermənistan" yeni parlamentdə təmsil olunmaq şansı olan bütün qüvvələri seçkilərdən sonra koalisiya hökuməti qurmağa dəvət edir. Bu, ən azı yaxın bir neçə ildə fəlakətlərin qarşısını almağa kömək edəcək.

Xatırladaq ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-nə təyin edilib. Seçki kampaniyası rəsmi olaraq 7 iyunda başlayır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti