“Sərhədlərimizin qorunması çobanlara tapşırılıb” - Vardanyan

 “Sərhədlərimizin qorunması çobanlara tapşırılıb” -  Vardanyan
  06 İyun 2021    Oxunub:1048
"Paşinyanın vədlərindən və açıqlamalarından qorxun. Həyat göstərir ki, Paşinyanın istənilən vədləri iflasa uğramaqla nəticələnir. Haqqında danışdığı hər şeyi məhv edir".
Azvision.az xəbər verir ki, bu barədə "Alternativ Layihələr" qrupunun üzvü, müxalifət fəalı Elinar Vardanyan deyib.

Onun sözlərinə görə, Nikol Paşinyanın vədləri gələcəkdə inkişafa yox, tamamilə iflasa gətirib çıxarır.

"2018-ci ilin avqust ayında Paşinyan ucadan dedi ki, "Qarabağ Ermənistandır və nöqtə". 2020-ci ilin noyabrında Qarabağı itirdik. 2019-cu ildə Paşinyan bölgədə döyüşə hazırlıqlı və intellektual orduya sahib olduğumuzu bildirdi. Bu gün sərhədlərimizin qorunması çobanlara tapşırılıb. 1 iyun 2019-cu ildə Paşinyan: “Yaşasın, azad və xoşbəxt Ermənistanda yaşamış və yaşayacaq uşaqlarımız” dedi və müharibə vaxtı onlardan 5000-nin həyatını qurban verdi. Azad və xoşbəxt Ermənistan fəlakətə uğradı. Paşinyanın vədlərindən qorxun, hər şeyi məhv etmək və problem gətirmək qabiliyyətinə sahibdirlər", - deyə Elinar Vardanyan vurğulayıb.

Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti