İndiyədək neçə nəfər peyvənd olunub? - RƏSMİ

  06 İyun 2021    Oxunub :432
   İndiyədək neçə nəfər peyvənd olunub? -  RƏSMİ
İyunun 6-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 33 min 84 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a bildirilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 min 275, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 3809 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 546 min 169-a bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 611 min 165, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 935 min 4 nəfərdir.

Azvision.az

Teqlər: Vaksinasiya   Peyvənd