“Taliban” 40-a yaxın polisi əsir götürdü - 15 ölü

“Taliban” 40-a yaxın polisi əsir götürdü -  15 ölü
  06 İyun 2021    Oxunub:846
Əfqanıstanda Taliban silahlılarının hücumu nəticəsində polis komissarı Seyfurraman Dihzad və 14 təhlükəsizlik işçisi ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Faryab vilayətinin yerli şurasının üzvü Ak Məhəmməd Nuri bildirib. Onun sözlərinə görə, hadisə Fəryab əyalətinin Qaysar rayonunda baş verib.

Belə ki, Taliban nümayəndələri rayon mərkəzindəki polis bölməsinin yaxınlığında avtomobili partladıblar, sonra silahlı hücum təşkil edilib. Nəticədə 37 polis əməkdaşı əsir götürülüb.

“Taliban Qaysarda bir çox əraziyə nəzarəti ələ keçirib. Möhkəmləndirmə tədbirləri olmasa, Taliban bölgəni nəzarətə götürəcək”,- deyə M. Nuri qeyd edib.

Azvision.az


Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti