Formula 2: “Prema Racing” Bakıda liderliyi ələ aldı

   Formula 2:    “Prema Racing” Bakıda liderliyi ələ aldı
  06 İyun 2021    Oxunub:1024
"Formula 2" yarışlarının Bakı mərhələsindən sonra pilotların sıralamasında dəyişiklik olmayıb.
Ötən üç yarışın nəticəsinə əsasən, "UNI-Virtuosi" komandasının pilotu Quan Çjou 78 xalla liderliyini davam etdirir. "Prema Racing"in üzvü Oskar Piastri 73 xalla ikinci, Robert Şvartsman ("SMP Racing") isə 66 xalla üçüncü pillədə qərarlaşıblar.

Bakı yarışlarının nəticəsi komandaların sıralamasında özünü göstərib. Belə ki, "Prema Racing" komandası 139 xalla birinci pilləyə yüksəlib. "UNI-Virtuosi" 119 xalla ikinci, "Hitech Grand Prix" 113 xalla üçüncüdür.

"Formula 2" yarışlarının dördüncü mərhələsi - Böyük Britaniyada iyulun 16-18-də təşkil olunacaq. Səkkiz mərhələdən ibarət yarışa dekabrın 10-12-də Əbu-Dabidə yekun vurulacaq.

Azvision.az


Teqlər: Formula2  





Xəbər lenti