“YAŞAT” daha 278 şəhid və qazi ailəsinin məişət şəraitini yaxşılaşdırdı

   “YAŞAT” daha 278 şəhid və qazi ailəsinin məişət şəraitini yaxşılaşdırdı
  07 İyun 2021    Oxunub:692
31 may-6 iyun tarixlərində 278 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, "YAŞAT" Fondu tərəfindən bu tarix ərzində 129 qazinin tibb xərcləri ödənilib. 26 şəhid və qazi ailəsinin borc öhdəliklərinin qarşılanıb.

Qeyd olunub ki, daha 188 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 85 şəxsin tibb xərclərinin ödənilməsi, 10 şəxsin borc öhdəliklərinin qarşılanması, 1 şəhid və qazi ailəsinin təhsil xərclərinin ödənilməsi istiqamətində işlər görüləcək.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: YAŞAT   Fond  





Xəbər lenti