Azərbaycan quru sərhədlərini açır? - RƏSMİ

   Azərbaycan quru sərhədlərini açır? -   RƏSMİ
  07 İyun 2021    Oxunub:2529
Dövlət Gömrük Komitəsi iyunun 15-dən etibarən ölkənin quru sərhədlərinin açılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Azvision.az -ın məlumatına görə, komitənin mətbuat xidmətinin rəhbəri Natiq Axundov deyib ki, sərhədlərin açılmasına dair qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir:
“Hazırda belə bir qərar olmadığından bu kimi məlumatlar kimlərinsə təxəyyülünün məhsuludur. Gömrük orqanlarının sərhədlərin açılması ilə bağlı qərar vermək kimi bir səlahiyyəti yoxdur”.

Qeyd edək ki, bu gün yerli KİV-də yayılan məlumata əsasən, Azərbaycan iyunun 15-dən quru sərhədlərini aça bilər. İddia olunur ki, gömrük-keçid məntəqələrinin açılması ilə bağlı qonşu ölkələrin müvafiq qurumları ilə razılıq əldə edilib.

Azvision.az


Teqlər: DGK   Sərhəd  





Xəbər lenti