İsrail səfiri Zəngilanda: “Bura əməkdaşlıq mərkəzi olacaq” - VİDEO

 İsrail səfiri Zəngilanda:  “Bura əməkdaşlıq mərkəzi olacaq” -  VİDEO
  07 İyun 2021    Oxunub:1638
İsrailin Azərbaycandakı səfiri Corc Dik işğaldan azad olunmuş Zəngilan rayonuna səfər edib.

Azvision.az xəbər verir ki, bu barədə səfirliyin "Twitter" səhifəsində məlumat paylaşılıb. Səfir Zəngilandan yayımlanan videomüraciətində bildirib ki, hazırda bu torpaqlarda heç nə yoxdur, lakin bura azərbaycanlılar, israillilər və italiyalılar arasında beynəlxalq əməkdaşlıq yeri olacaq.
"İsraildə dediyimiz kimi, heç bir şey olmadığı yerdə hər şey mümkündür. Azərbaycan məhz burada İsrail şirkətinin süd təsərrüfatı quracağı ərazilərdə ilk olaraq ağıllı şəhər yaradacaq. Burada İsrail texnologiyasından istifadə edilərək süd istehsal olunan yer yaradılacaq. Sonra məhsullar yanındakı İtaliya fabrikinə veriləcək, İtaliya fabriki pendir və digər süd məhsulları istehsal edəcək. Bu əməkdaşlıq Zəngilanı canlandıracaq və icmaları evlərinə qaytaracaq. Mən bu əməkdaşlıqdan çox qürur duyuram”, - səfir Dik bildirib.

Diplomat əlavə edib ki, Zəngilanda İsrail şirkətinin nümayəndələri ilə yanaşı, İtaliya təmsilçisi ilə də görüş keçirib

“Buradakı perspektivlərdən həqiqətən həyəcanlıyıq. Hazırda burada heç bir şey yoxdur. Lakin gələn il bura Azərbaycan, İsrail və İtaliyan əməkdaşlığının mərkəzi olacaq", - deyə səfir Dik vurğulayıb.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: CorcDik   İsrail   Səfir  





Xəbər lenti