Paşinyanın mühafizəçiləri “Nikol satqındır” deyəni ölümcül döydülər - VİDEO

 Paşinyanın mühafizəçiləri “Nikol satqındır” deyəni ölümcül döydülər -   VİDEO
  07 İyun 2021    Oxunub:1966
Ermənistanda növbəti dəfə xoşagəlməz hadisə baş verib.

Azvision.az xəbər verir ki, erməni KİV-lərinin yaydığı məlumata görə, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın mühafizəçiləri vətəndaşı ölümcül döyüblər.
"Paşinyanın mühafizəçiləri "Nikol satqındır!" deyib qışqıran vətəndaşlardan birinə hücum ediblər. Videodan aşkar görünür ki, bir nəfərin ardınca bir neçə mühafizəçi qaçır. Hələlik adı açıqlanmayan həmin şəxs vəhşicəsinə döyülüb. Şahidlərin sözlərinə görə, vətəndaşın vəziyyəti ağırlaşıb və onu ərazidən uzaqlaşdırıblar".

Qeyd edək ki, Ermənistanda bundan əvvəl də bir neçə dəfə oxşar hal yaşanıb. Paşinyanı tənqid edən vətəndaşlar bəzən fiziki təzyiqlərə məruz qalırlar.



Tural Tağıyev
Azvision.az



Teqlər: Paşinyan   Mühafizəçi  





Xəbər lenti