“Azərbaycanlı jurnalistlərin faciəvi ölümü məni sarsıtdı” - UNESCO-nun baş direktoru

  “Azərbaycanlı jurnalistlərin faciəvi ölümü məni sarsıtdı” -   UNESCO-nun baş direktoru
  07 İyun 2021    Oxunub:1814
Azərbaycanlı jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcər rayonunda minaya düşərək faciəvi şəkildə həlak olması məni sarsıdıb.
Azvision.az xəbər verir ki, bu barədə UNESCO-nun baş direktoru Odre Azulenin bəyanatında deyilir:

"Jurnalistlər peşəkar fəaliyyətlərini şəxsi təhlükəsizliklərini riskə atmadan həyata keçirmək imkanına malik olmalıdır".

Xatırladaq ki, iyunun 4-də Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və 1982-ci il təvəllüdlü Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Azvision.az


Teqlər: UNESCO  





Xəbər lenti