Bakı və İrəvan arasında danışıqlar vacibdir - Fransa XİN

Bakı və İrəvan arasında danışıqlar vacibdir -  Fransa XİN
  08 İyun 2021    Oxunub:1382
Fransa Rusiya Federasiyası ilə sıx əlaqəli şəkildə Azərbaycan və Ermənistan arasındakı gərginliyi azaltmaq üçün səylərini davam etdirmək niyyətindədir.

Azvision.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Jan-İv Le Drian rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında bildirib.
Nazir Fransanın iki ölkə arasındakı problemlərlə əlaqədar məsələlərin həllinə kömək etmək istəyini vurğulayıb.

"Le Drian Fransanın bu məqsədlə ABŞ-ın da daxil olduğu ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini Rusiya ilə birlikdə sıx əlaqəli şəkildə davam etdirmək əzmini xatırladıb. Nazir tərəflər arasında danışıqlara başlamağın vacibliyini vurğulayıb. Fransa tərəfinin fikrincə, bu, sərhəd demarkasiyası və delimitasiyası məsələlərinin müzakirəsi üçün şərtdir. Paris tərəflərin maksimum təmkin nümayiş etdirmələrini və hər hansı bir təxribatdan imtina etmələrini gözləyir", - deyə XİN-in yaydığı açıqlamada vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fransa   XİN  





Xəbər lenti