“Metsamor AES qlobal təhlükədir” - Nazirlik rəsmisi

 “Metsamor AES qlobal təhlükədir” -  Nazirlik rəsmisi
  08 İyun 2021    Oxunub:1126
Ermənistanın Metsamor şəhərində yerləşən atom elektrik stansiyasının (AES) hazırkı texnologiyası "Çernobıl" stansiyasında istifadə edilənlə eynidir. Stansiya təkcə yaxın ərazilər üçün deyil, region və Yaxın Şərq ölkələri üçün də böyük təhlükədir.
Bunu Azvision.az -a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib. Onun sözlərinə görə, təhlükəsizlik sistemləri çox aşağı səviyyədə olan belə AES-lər insan sağlamlığına, ətraf mühitə böyük təhlükədir:

“Metsamor” Atom Elektrik Stansiyası 1976-ci ildən fəaliyyət göstərir. Orada iki istiqamətdə təhdidlər var: Birincisi köhnə texnologiyalarla idarə olunur, ikincisi həmin ərazinin aktiv seysmik zonada yerləşməsidir. Bu obyektlər regional və qlobal təhlükə yaradır. AES-dən 16 km aralıda Türkiyə, 60 km aralıda İran, 120 km aralıda Gürcüstan və Azərbaycan yerləşir.

Bu məsafə atom elektrik stansiyasının təsirləri baxımından çox azdır. Bununla bağlı biz və region ölkələri beynəlxalq müstəvidə səsimizi qaldırırıq. Avropa Komissiyası və digər beynəlxalq təşkilatlar bildirir ki, "Metsamor"un fəaliyyətinin dayandırılması birinci prioritetidir".



R. Səttarzadə əlavə edib ki, Ermənistan bütün müraciətlərə susur, beynəlxalq davranış normaları və təhlükəsizlik baxımından özünü qeyri-ciddi aparır.

Aytən Zəhra
Azvision.az


Teqlər: Metsamor   AES  





Xəbər lenti