İranlı nazir Azərbaycanda səfərdədir - YENİLƏNİB

 İranlı nazir Azərbaycanda səfərdədir -  YENİLƏNİB
  08 İyun 2021    Oxunub:1416
İranın yol və şəhərsalma naziri Məhəmməd Eslami Naxçıvan Muxtar Respublikasına səfər edib.
Azvision.az xəbər verir ki, Naxçıvanda keçirilən görüşlərdən sonra Məhəmməd Eslami Bakıya gələcək.

Qeyd edək ki, Naxçıvanda və Bakıda keçirilən görüşlərdə İran ilə Azərbaycan arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunacaq.

***
İyunun 8-9-da İranın yol və şəhərsalma naziri Məhəmməd Eslami Azərbaycanda səfərdə olacaq.

Bu barədə Azvision.az -a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfərin əsas məqsədi avtomobil və dəmir yolu ilə yük daşımaları sahəsində iki ölkənin birgə layihələri üzrə yekun razılaşmaların əldə olunmasıdır.

İranlı nazir yüksək səviyyəli heyətin müşayiəti ilə Naxçıvanda, sonra isə Bakıda görüşərək danışıqlar aparacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Nazir  





Xəbər lenti