“Koçaryan bizi Rusiyanın əbədi köləsi etmək istəyir”- Erməni məmur

  08 İyun 2021    Oxunub :3231
 “Koçaryan bizi Rusiyanın əbədi köləsi etmək istəyir”-   Erməni məmur
Ermənistanda seçkilər öncəsi siyasi gərginlik davam edir.
Azvision.az xəbər verir ki, Dövlət Kadastr Komitəsinin rəhbəri Marat Baqdasaryan eks-prezident Robert Koçaryanın yenidən ölkəyə rəhbərlik etmək iddiasında olmasını pisləyib. O, Koçaryanın Ermənistanı Rusiyanın əbədi köləsinə çevirəcəyini bildirib:

"Bir vaxtlar ölkənizin başını kəsmiş və indi vətəninizi Rusiyanın əbədi köləsi etmək istəyən bir insanı müdafiə etməyə dəyərmi? Qana susayan bir insanı qoruyursunuz. Mədəni mübahisələrdən yayınaraq insanları 18-19-cu əsrlər ruhunda olan bir duelə dəvət edən şəxsi müdafiə edirsiniz. Heç olmasa övladlarınızın gələcəyini düşünün! Təsəvvür etmirəm ki, insan könüllü olaraq öz ölkəsi ilə birlikdə uşaqlarını necə kölə edə bilər. Nə qədər ki, gec deyil ayılın",- deyə Ermənistanın Dövlət Kadastr Komitəsinin rəhbəri söyləyib.

Tural Tağıyev
Azvision.az

Teqlər: Koçaryan   Paşinyan   Rusiya   Kölə