“Paşinyanın oğluna görə yüzlərlə əsgər qurban verildi”- Keçmiş baş nazir
“Paşinyandan canımızı qurtarmaq üçün başqa bir yolumuz yoxdur. Səsverməyə getməliyik. Paşinyan bizə müharibədə qalib gəlməyimizə imkan vermədi. İtkin düşənlərimizin sayı yeddi mindən çoxdur. Paşinyanı ikinci dəfə seçən axmaqdır. Onu alqışlayanlar bunun çox pis nəticələnəcəyini bilməlidirlər".
Keçmiş baş nazirin sözlərinə görə, Paşinyan döyüşlərdə bir sıra izah olunmaz qərarlar verib. O, buna nümunə olaraq, 700 erməni əsgərin ölümü ilə nəticələnən Lələtəpənin ələ keçirmək əməliyyatını göstərib.
“Xeyli sayda hərbçimiz Paşinyanın özündən 20 km aralıda olan oğlunu xüsusi qoruma altında saxladı. Məhz bu macəralardan sonra cənub cəbhəsi məğlub oldu. Ruslar bizə Şuşa və Hadrutu buraxıb getməyimizi təklif etdilər. Cənub cəbhəsindəki biabırçı vəziyyəti təsəvvür edə bilməzdik".
Tural Tağıyev
Azvision.az
Teqlər: Paşinyan Baş-nazir Lələtəpə