Azərbaycanla Türkiyə arasında protokol təsdiqləndi

  08 İyun 2021    Oxunub :305
Azərbaycanla Türkiyə arasında protokol təsdiqləndi
Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikasında iki peşə təhsili verən müəssisənin bazasında Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin dəstəyi ilə iki yeni peşə təhsili müəssisəsi yaradılacaq.

Protokola əsasən, tərəflər qarşılıqlı bilik və təcrübə səviyyəsini artırmaq məqsədilə peşə təhsili müəssisələri arasında “qardaşlaşmış məktəblər” əlaqələrinin yaradılmasını, kurs və təcrübə keçməyi təşviq edəcəklər.

Müzakirələrdən sonra protokol səsverməyə çıxarılaraq təsdiqlənib.

Azvision.az

Teqlər: Türkiyə   Azərbaycan   Təhsil   Protokol