“Vəsait ayrılır, ancaq bir kino əsərini görmürük” - Nazir

  08 İyun 2021    Oxunub :432
 “Vəsait ayrılır, ancaq bir kino əsərini görmürük” -  Nazir
Azərbaycan kinosunun inkişafı ilə bağlı dövlət büdcəsindən maliyyə ayrılıb. Hesab edirəm ki, bununla bağlı sorğuları Mədəniyyət Nazirliyinə göndərmək olar.
Azvision.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında deputatların suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə milli kinemotoqrafiyanın dövrün tələblərinə uyğun inkişaf etdirilməsinə dair “Azərbaycan Kinomotoqafiyasının İnkişaf Konsepsiyası”nın layihəsi hazırlanıb:

“Konsepsiya layihəsi bir neçə dəfə Maliyyə Nazirliyinə təqdim olunub. Ancaq etiraf edim ki, biz onu qəbul etməmişik. Çünki biz orada hər hansı bir dəyişiklik görməmişik. Vəsaitlər ayrılır, ancaq nəticədə biz hər hansı bir kino əsərlərini görmürük. Bunu da hamımız bilirik və deyirik. Hesab edirik ki, vəsaitlərin ayrılması konkret nəticələr verməlidir”.

Azvision.az

Teqlər: Maliyyə   Nazir   Mədəniyyət-Nazirliyi   Kino