“Kəlbəcərdən gələn faciəvi xəbər hamımızı kədərləndirdi” - Britaniya səfiri

 “Kəlbəcərdən gələn faciəvi xəbər hamımızı kədərləndirdi” -  Britaniya səfiri
  08 İyun 2021    Oxunub:806
Keçən cümə günü Kəlbəcərdən gələn faciəvi xəbər hamımızı kədərləndirdi.
Azvision.az -ın məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tvitter hesabında yazıb.

“Mina partlaması zamanı həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Britaniya münaqişənin ölümcül qalıqlarını aradan qaldırmaq üçün Azərbaycandan olan həmkarları ilə işləməyə davam edir”, - səfir vurğulayıb.

Xatırladaq ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: CeymsŞarp   Səfir   Azərbaycan  





Xəbər lenti