Valideyn məsuliyyəti mövzusunda növbəti videoçarx - VİDEO

Valideyn məsuliyyəti mövzusunda növbəti videoçarx -    VİDEO
  08 İyun 2021    Oxunub:749
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Övladınızın ən yaxın sirdaşı olun!” adlı sosial videoçarx hazırlayıb.
Bu barədə Azvision.az -a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun sağlam ailə mühitində, məhəbbət və anlaşma şəraitində böyüməsi çox vacibdir. Xoşbəxt ailədə xoşbəxt uşaqlar böyüyür və gələcəyimiz onların necə böyüməsindən asılıdır.

Bunları nəzərə alaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq hüquqlarının qorunması, ailə dəyərlərinin, uşaqlara sevgi, diqqət və qayğı dolu münasibətin təbliği məqsədilə mütəmadi olaraq maarifləndirmə kampaniyaları həyata keçirilir, sosial çarxlar hazırlanaraq ictimaiyyətə təqdim edilir.



Azvision.az


Teqlər: Ailə  





Xəbər lenti