20 məhkum İrana təhvil veriləcək - Səfir

 20 məhkum İrana təhvil veriləcək -  Səfir
  08 İyun 2021    Oxunub:793
İran və Azərbaycanın müvafiq qurumları arasında aparılan danışıqların nəticəsinə əsasən, həbsdə olan 20 iranlı tezliklə ölkələrinə ekstradisiya olunacaq.
Azvision.az xəbər verir ki, bu barədə İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Tvitter hesabında yazıb.

Səfirin sözlərinə görə, onlardan 9 nəfəri qadındır. Digər 200 məhbusun bağışlanması və ya ekstradisiyası istiqamətində səylər davam etdirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Səfir  





Xəbər lenti