Küveytin Baş naziri İlham Əliyevi təbrik edib

  08 İyun 2021    Oxunub :297
   Küveytin Baş naziri İlham Əliyevi təbrik edib
Küveyt Dövlətinin Baş naziri Sabah Xalid əl-Həməd əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Azvision.az -ın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Dost Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan sevinc hissi duyuruq.

Bu xoş fürsətdən istifadə edərək dost ölkələrimiz arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrindən məmnunluğumuzu ifadə edir, Sizə uzun ömür, möhkəm cansağlığı, dost xalqınıza davamlı inkişaf və rifah arzulayırıq”.

Azvision.az

Teqlər: İlham-Əliyev