Jurnalistə kobud davranan həkimlər cəzalandırıldı

  08 İyun 2021    Oxunub :415
   Jurnalistə kobud davranan həkimlər cəzalandırıldı
Jurnalist Aynur Elgünəşin Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qarşılaşdığı xoşagəlməz münasibət barədə aparılan araşdırmanın nəticələrinə əsasən, səlahiyyətli şəxslər cəzalandırılıb.
Bu barədə Azvision.az -a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, xəstəxananın baş həkimi Eldar Kərimov, travmatoloq Cavid İsmayılov və cərrah Tofiq Balakişiyevə intizam məsuliyyətinə cəlb edilərək töhmət verilib.

"Ümid edirik ki, bir daha tibb işçiləri tərəfindən həkim etikasına yaraşmayan belə davranışlar təkrarlanmayacaq. Vətəndaşlarımızı, eləcə də media təmsilçilərini isə neqativ hallara qarşı mübarizədə birgə fəaliyyətə dəvət edirik. Əminik ki, ictimai qınaq bəhrəsini verəcək", - məlumatda qeyd olunub.

Azvision.az

Teqlər: TƏBİB