“Jurnalistlərin ölümü dəhşətli xəbərdir” - Almaniyalı siyasətçi

   “Jurnalistlərin ölümü dəhşətli xəbərdir” -    Almaniyalı siyasətçi
  08 İyun 2021    Oxunub:773
Almaniya Bundestaqının üzvü Berbel Kofler azərbaycanlı media nümayəndələrinin Kəlbəcərdə minaya düşərək həlak olmalarına münasibət bildirib.
Azvision.az xəbər verir ki, almaniyalı siyasətçi bu barədə Tvitter hesabında yazıb.

“Mina partlaması nəticəsində iki jurnalistin – Məhərrəm İbrahimovun və Sirac Abışovun ölümü dəhşətli xəbərdir. Həlak olanların yaxınlarına başsağlığı verirəm. Ümidvaram ki, vəziyyətə aydınlıq gətiriləcək. Regionun hərtərəfli sülhə ehtiyacı var”, - deyə o bildirib.

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Azvision.az


Teqlər: Almaniya   Siyasətçi   Kəlbəcər   Mina  





Xəbər lenti