Yoluxanların bu günə olan statistikası - Ölüm sayı azaldı

 Yoluxanların bu günə olan statistikası -  Ölüm sayı azaldı
  08 İyun 2021    Oxunub:1273
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 102 yeni yoluxma faktı qeydə alınıb, 273 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkəmizdə ümumilikdə 334 849 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 387 nəfər müalicə olunaraq sağalıb, 4947 nəfər vəfat edib. Aktiv xəstə sayı 2515 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8655, ötən müddət ərzində isə 3 581 073 test aparılıb.



Azvision.az


Teqlər: Koronavirus   Yoluxma  





Xəbər lenti