Vaksinasiyadan keçənlərin sayı açıqlandı

   Vaksinasiyadan keçənlərin sayı açıqlandı
  08 İyun 2021    Oxunub:899
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39 640 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 555, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5085 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 586 410, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 646 054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 940 356 nəfərə çatıb.



Azvision.az


Teqlər: Peyvənd   Vaksin  





Xəbər lenti