Ermənilərin törətdiyi qətl Fransada kütləvi etirazlara səbəb oldu - FOTO

 Ermənilərin törətdiyi qətl Fransada kütləvi etirazlara səbəb oldu -  FOTO
  08 İyun 2021    Oxunub:2604
Fransanın Sent-Etyen şəhərində 3 erməninin törətdiyi qətl hadisəsi kütləvi etirazlara səbəb olub.

Azvision.az xəbər verir ki, cinayətkar xislətlərini gizlədə bilməyən 28, 32 və 63 yaşlı 3 erməni 26 yaşlı qambiyalı gəncə dörd bıçaq zərbəsi vuraraq, onu xüsusi amansızlıqla qətlə yetirib. Hadisə yerli sakinlərin gözü qarşısında baş verib.
Hadisə şahidlərinin lentə aldığı videogörüntülər sosial şəbəkələrdə hiddət doğurub. Kadrlarda ermənilərin qəddarlığı aydın şəkildə görünür.

Araşdırma zamanı məlum olub ki, qambiyalı gənc bıçaq zərbələrindən sonra müvazinətini itirərək yerə yıxılıb. Daha sonra erməni qatillərdən biri hücum edərək, onu təpiklə vurub.

İnsanı dəhşətə gətirən hadisə rasizm zəminində baş verib.

Bu gün Fransada yaşayan afrikalılar ermənilərin törətdikləri qətlə etiraz olaraq, nümayiş keçiriblər. Etirazçılar erməni cinayətlərinin qurbanı olmuş qambiyalı Yusuf üçün ədalət tələb ediblər.

Ermənilərə qarşı nümayişə Sent-Etyen şəhərinin merinin də qatıldığı deyilir.









Azvision.az


Teqlər: Fransa   Etiraz   Aksiya  





Xəbər lenti