Paşinyandan Koçaryana ağır cavab: “Sən kişi deyilsən” - VİDEO

 Paşinyandan Koçaryana ağır cavab:   “Sən kişi deyilsən” -  VİDEO
  09 İyun 2021    Oxunub:1973
Ermənistanda seçkiöncəsi gərginlik davam edir.
Azvision.az xəbər verir ki, iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində siyasi qüvvələr arasında gərgin mübarizə gedir, namizədlər seçki kampaniyalarında təhqiramiz ifadələrə daha çox üstünlük verirlər.

Dünən Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan növbəti dəfə çıxışı ilə diqqət mərkəzində olub. Belə ki, Nikol Robert Koçaryanı aşağılayıb, əsəbi şəkildə çıxışlar edərək rəqibinin ünvanına sərt ifadələr səsləndirib. O, isterikaya qapılaraq yüksək səslə deyib:

"Robik, sən balaca oğlan deyilsən, kişi də deyilsən..."



Xatırladaq ki, bir neçə gün öncə Koçaryan seçkilərdə əsas rəqibi olan Nikol Paşinyanı kişilikdən danışmamağa çağırmışdı:

"O kağızı imzaladıqdan sonra (Kapitulyasiya aktını nəzərdə tutur-red.) nə qədər uşaq bezini dəyişdiyini bilmirəm. İndi də kişilikdən danışır?",- deyə ölkənin keçmiş prezidenti Robert Koçaryan Paşinyan haqqında sərt ifadələr işlətmişdi.

Tural Tağıyev
Azvision.az


Teqlər: Koçaryan   Paşinyan  





Xəbər lenti