“Paşinyan 5 min ermənini “ət maşını”ndan keçirdi”- Minasyan

 “Paşinyan 5 min ermənini “ət maşını”ndan keçirdi”-   Minasyan
  09 İyun 2021    Oxunub:954
Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan ölkəsinin düşdüyü faciəvi duruma görə Nikol Paşinyanın məsuliyyət daşıdığını bildirib.
Azvision.az xəbər verir ki, Minasyan hələ də cəmiyyətə açıq olmayan müharibə statistikasından söz açıb.

"Vaxt var idi biz dövlət idik, bizim vətənimiz vardı və ölkənin müdafiə olunan sərhədi var idi. 30 illik zəfər tariximiz vardı ki, artıq hər şey keçmişdədir. Paşinyan 5 min ermənini "ət maşını"ndan keçirdi. 11 min insan əlil qaldı. 187 kənd, 6 şəhər dağıldı, 9396 ailə və 38154 sakin öz evindən məhrum oldu. 107 məktəb, 17 uşaq bağçası, 161 monastır və kilsə artıq təhvil verilib. Bunların yeganə günahkarı indi Ermənistanda bir şər kimi gəzir. Özünə qarşı nifrəti isə artırır", - deyə sabiq səfir vurğulayıb.

Qeyd edək ki, Ermənistanda seçkiöncəsi gərginlik davam edir. Ölkənin hazırki və keçmiş liderlərinin təmsil olunduğu siyasi düşərgələr bir-birilərinə qarşı ağır ittihamlar səsləndirirlər.

Tural Tağıyev
Azvision.az



Teqlər: Paşinyan   Minasyan  





Xəbər lenti