Səfir Bakıda Uels futbolçuları ilə bir arada - FOTO

Səfir Bakıda Uels futbolçuları ilə bir arada -  FOTO
  09 İyun 2021    Oxunub:755
Uelsi Bakıda yenidən görmək çox xoşdur.
Azvision.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tvitter hesabında yazıb.

Səfir qeyd edib: “Onların AVRO-2020 matçlarının təlim məşqinə baş çəkməyə və komandanın meneceri Rob və Uels Futbol Assosasiyasının prezidenti Kieranla görüşməkdən məmnun oldum. Komandaya uğurlar!".

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.



Pərvanə Sultanova
Azvision.az



Teqlər: CeymsŞarp   EURO2020  





Xəbər lenti