“Ağdamda dəhşətli mənzərə ilə qarşılaşdım” - Bakir İzetbeqoviç

   “Ağdamda dəhşətli mənzərə ilə qarşılaşdım” -    Bakir İzetbeqoviç
  09 İyun 2021    Oxunub:925
Ağdamda bu cür dəhşətli mənzərə ilə qarşılaşacağımı gözləmirdim. Mən Ağdam şəhərini görəcəyimi düşünürdüm. Amma burada şəhər yoxdur. Qəbirlər qazılıb, məscid təcavüzə məruz qalıb. Bu dağıntılardan da məlumdur ki, şəhəri işğal edənlərin məqsədi burada yaşamaq olmayıb.
Azvision.az xəbər verir ki, bu sözləri Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakir İzetbeqoviç işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O, Ağdamın yenidən qurulacağına əminliyini ifadə edərək bildirib: “Şükür Allaha ki, Azərbaycan Ordusu qələbə qazandı. İndi əsas hədəf bu əraziləri yenidən qurmaqdır. Azərbaycan Ağdamı əvvəlki kimi gözəl bir yerə çevirəcək. Mən buna əminəm. Bu hadisələr Bosniyadakı hadisələrə çox oxşayır. Bir zamanlar Bosniyanın paytaxtı da bu vəziyyətə salınmışdı. Onlar da qəbirləri qazaraq şəhidləri çıxarırdılar. Bosniya və Azərbaycan xalqlarının daha bir ortaq cəhəti də odur ki, hər iki xalq sülh arzulayır. Hər iki xalq dağıtmaq yox, yenidən qurmaq istəyir, əlaqələri inkişaf etdirmək, mehribançılıq istəyir. Mən Azərbaycan xalqını və rəhbərliyini bu qələbə münasibətilə təbrik edirəm”.

Azvision.az


Teqlər: Bakirİzetbeqoviç   Ağdam  





Xəbər lenti