“Sərhəd gərginliyinin Qarabağa aidiyyatı yoxdur” - Lavrov

“Sərhəd gərginliyinin Qarabağa aidiyyatı yoxdur” -  Lavrov
  09 İyun 2021    Oxunub:1101
Qarabağda Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə heç bir insident baş verməyib.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Hazırda sülhməramlılarımız vəzifələrini yerinə yetirirlər. Ümumiyyətlə, heç bir böyük insident yaşanmır – bu, həm Bakıda, həm də Yerevanda etiraf olunur. Bəzi kiçik maneələr dərhal aradan qaldırılır. Bəli, Azərbaycan-Ermənistan sərhədinin müəyyən hissələrində gərginlik var, amma bunun Dağlıq Qarabağla heç bir əlaqəsi yoxdur", - Lavrov əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SergeyLavrov   Sərhəd   Qarabağ  





Xəbər lenti