“Azərbaycan və Pakistan mükəmməl münasibətlərə malikdir” - Səfirlik

“Azərbaycan və Pakistan mükəmməl münasibətlərə malikdir” -  Səfirlik
  09 İyun 2021    Oxunub:929
Bu gün Pakistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 29-cu ildönümü tamam olur. Pakistan 1991-ci il 12 dekabrda Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub.
Azvision.az xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada bildirilir.

Qeyd olunub ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il 9 iyunda qurulub. Pakistan 12 mart 1993-cü ildə Bakıda səfirliyini açıb. Azərbaycan isə İslamabadda səfirliyini 24 avqust 1997-ci ildə açıb.

"Ölkələrimiz ortaq mədəniyyətimizə, irsimizə və inancımıza əsaslanan mükəmməl ikitərəfli münasibətlərə malikdir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Pakistan  





Xəbər lenti