Erməni siyasətçidən absurd açıqlama: “Krım bizimdir” - VİDEO

 Erməni siyasətçidən absurd açıqlama:  “Krım bizimdir” - VİDEO
  09 İyun 2021    Oxunub:1639
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, "Şərəfim var" seçki blokunun lideri Artur Vanetsyan “Solovyev live” proqramında absurd fikir səsləndirib.

Azvision.az xəbər verir ki, Ermənistanın MTX-nin sabiq rəhbəri, hazırda müxalifət liderlərindən hesab olunan Vanetsyan erməni millətinə xas şəkildə Ukraynaya torpaq iddiası irəli sürüb.
Belə ki, o, aparıcının "Krım kimindir" sualına "Krım bizimdir" deyərək cavab verib.

Vanetsyanın belə anormal açıqlaması ermənipərəst mövqeyi ilə seçilən rusiyalı teleaparıcı Vladimir Solovyovun gülüşünə səbəb olub. Solovyov ardınca “Krım sizindir, ya bizim?” deyərək ondan dəqiq cavab tələb edib. Vanetsyan bu dəfə Krımın Rusiya torpağı olduğunu deyib.



Tural Tağıyev
Azvision.az


Teqlər: Krım   Ermənistan  





Xəbər lenti