"ABŞ Azərbaycanla ikitərəfli münasibətlərə önəm verir" - Filip Riker

   "ABŞ Azərbaycanla ikitərəfli münasibətlərə önəm verir" -    Filip Riker
  09 İyun 2021    Oxunub:738
“Azərbaycan güclü tərəfdaş ölkədir”.
Azvision.az -ın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramovla görüşdə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker deyib. O, ABŞ-ın ikitərəfli münasibətlərə önəm verdiyini vurğulayıb.

Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunmasını müsbət qiymətləndirən ABŞ rəsmisi, eyni zamanda bölgədə baş verən son hadisələr, o cümlədən sərhəd məntəqəsində yaşanan gərginlik ilə bağlı narahatlığını ifadə edib.

Azvision.az


Teqlər: ABŞ   Azərbaycan  





Xəbər lenti