Erməni deputat oğurluq etdi - VİDEO

 Erməni deputat oğurluq etdi -  VİDEO
  09 İyun 2021    Oxunub:1477
Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi gülünc hadisə baş verib.
Azvision.az xəbər verir ki, “Parlaq Ermənistan” partiyasının və eyniadlı fraksiyanın rəhbəri Edmon Marukyan təşviqat kampaniyasında oğurluq ssenaridən istifadə edib.

Belə ki, müxalif deputat Marukyanın təşviqat videosu Kanada baş naziri Castin Trüdonun seçkiöncəsi lentə alınan videorolikinin təkrarıdır.



Bu addım sosial mediada gülüş doğurmaqla yanaşı ciddi qınağa da səbəb olub. Ermənilər seçkilərə qatılan siyasətçiləri ortaya fərqli bir iş qoya bilməməkdə ittiham ediblər.

Tural Tağıyev
Azvision.az


Teqlər: Seçki   Trüdo   Marukyon  





Xəbər lenti