Paşinyan bölgələrə özü ilə “tərəfdar ordusu” aparır- VİDEO

Paşinyan bölgələrə özü ilə “tərəfdar ordusu” aparır-   VİDEO
  09 İyun 2021    Oxunub:783
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan vətəndaşları seçki kampaniyalarına zorla cəlb edir.
Azvision.az xəbər verir ki, erməni KİV-ləri Paşinyanın bölgələrə özü ilə xüsusi adamlar gətirməsini əsk etdirən görüntülər yayıb.

"Nikol regionlardakı mitinqlərdə izdiham görüntüsü yaratmaq üçün özü ilə 700-800 nəfər daşıyır. Paşinyanın hansısa bir bölgəyə gəlişindən təxminən yarım saat əvvəl bura mikroavtobus və avtomobillərlə xeyli sayda "tərəfdar" çatdırılır", - deyə erməni mediası yazıb.

Məlumata görə, Paşinyan Şirak bölgəsində çıxışının sonunda açıq şəkildə deyib ki, meydana toplananlar onun digər ərazidəki görüşünə də gəlsinlər. "Hər kəsdən xahiş edirəm ki, Gümrüdəki Vardanants meydanına gəlsin", - Nikol vətəndaşları Gümrü meydanına dəvət edib.

Qəribə görünsə də, eyni şəxslər Paşinyanın müxtəlif bölgələrdə keçirdiyi görüşlərdə peyda olublar. Bu isə ondan xəbər verir ki, vətəndaşlar Nikolla görüşdən imtina etdikləri üçün hakim komanda saxta "tərəfdar ordusu" yaratmağa məcbur qalıb.



Tural Tağıyev
Azvision.az



Teqlər: Paşinyan   Seçki  





Xəbər lenti